Monday, January 12, 2009

Atalar sözlərinin aksiomatikası

Atalar sözləri öz kompozisyon strukturuna və stilistik tərtibatına görə dil formasının və onda ifadə olunan mənəvi-utilitar məzmunun simvolik vahidləridir. Atalar sözlərində ifadə olunan mənəvi və utilitar normalar istər eyni bir, istərsə də müxtəlif mədəniyyətlər daxilində üst-üstə düşə bilər və bu və ya digər davranışı qiymətləndirmə nöqteyi-nəzərindən diametral olaraq fərqlənə bilərlər. Dilin mədəniyyət dominantları nisbi xarakter daşıyır və qiymətləndirmə mülahizələrinin sayı əlamətinə görə müəyyənləşdirilir. Hər hansı bir xalqın dilində müəyyən mövzuda atalar sözlərinin olmaması və ya onların sayının məhdudluğu bu mövzunun həmin xalqın dünyanı qiymətləndirmə baxımından aktual olmadığını göstərir. Universal fikirlərdə olan konkret davranış normalarının semantik transformasiyalarını nəzərə almaq nəticəsində onlar üçün bəzi normativ komplekslərin və ya aksiomların müəyyənləşdirilməsi mümkündür. Hər bir xalqın öz etik və davranış normaları olur. Tədqiqatlar göstərir ki, hər bir xalqın atalar sözlərində bu davranış normaları bədii formada öz əksini tapır. Azərbaycan dilində olan atalar sözlərinin təhlili aşağıdakı aksiomatikanı irəli sürməyə imkan verir:
1) Qarşılıqlı əlaqə aksiomları:
· ziyan vurmaq olmaz, xeyirxah olmaq lazımdır:
Yaxşılığa yaxşılıq elə, pisliyə pislik eləmə;
· naşükür olmaq lazım deyil deyil: Bəy verən atın dişinə baxmazlar;
· insanlar bir-birinə kömək etməlidir: Özgəyə kömək et, sənə də kömək edərlər; Bu əl o ələ

köməkdir;
· cəsarətli olmaq və lazım gəldikdə müəyyən riskə getmək lazımdır: Vuran oğul anasına

gəyişməz; Cürətli ürək uğura zəmanətdir;
2) Həyat təminatı aksiomları:
· işləmək lazımdır: İşləməyən dişləməz; Gəzən ayağa daş dəyər;
· səbirli olmaq lazımdır: Səbir acıdır, meyvəsi şirin;
· vaxtı itirmək olmaz: Vaxtında atılan tüfəngin səsi vaxtsız atılan topun səsindən üstündür;
· hər şeyin yaxşı olacağına ümid etmək, optimist olmaq lazımdır: Səbir edən muradına yetişər; · öz ehtiraslarını cilovlamağı bacarmaq lazımdır: Tamahkar öz nəfsinin quludur;
3) Ünsiyyət aksiomları:
· çox danışmaq lazım deyildir: Danışmaq gümüş olsa, danışmamaq qızıldır; Çox bilib, az

danışmaq, igidin yaraşığıdır;
· insanların səhvlərini bağışlamağı bacarmaq lazımdır: Yaxşılığa yaxşılıq hər kişinin işidir,

yamanlığa yaxşılıq mərd kişinin işidir; Yaxşılığa yaxşılıq elə, pisliyə pislik eləmə;
· həddindən çox hər şeylə maraqlanmaq lazım deyil: Çox bilən quş dimdiyindən tələyə düşər;

Çox bilən, tez qocalar;
4) Məsuliyyət aksiomları:
· öz hərəkətlərinə görə cavabdeh olmaq lazımdır:
Hər kəs öz əməlinin meyvəsini dərər; Allah
ilanın əməlini bilib, ayaqlarını qarnında yaradıb;
· yaramaz hərəkəti yaramaz yolla düzəltmək olmaz: Tula itdən də murdardır;
· qanunlara riayət etmək lazımdır: Adət qanun deyil, amma qanun qədər hökmü var; Qan eylə

qanun ilə;

5) İdarəetmə aksiomları:
· başqasının iradəsini sındırmaq lazım deyildir: Zorla gedən köpək qoyuna fayda verməz; Zor

ilə gözəllik olmaz;
· bir işi çox sayda adama tapşırmaq lazım deyil: Arvad iki olanda ev süpürülməmiş qalar;

Aşpaz çox olanda, xörək ya duzlu olar, ya şit;
· tabeliyində olan adamlara pis nümunə göstərmək lazım deyil: Söymə nökər atamı, söyərəm

bəy atanı;
6) Realizm aksiomları:
· Həmişə öz imkanlarından çıxış etmək və öz gücünə ümid olmaq lazımdır: Ayağını yorğanına

görə uzat;
· ilk təəssürata arxayın olmaq olmaz, əşyaların və insanların mahiyyətini açmağa cəhd etmək

lazımdır:
Adamın yerə baxanı, suyun lal axanı; Saman altından su yeridir;
· kök salmış çatışmazlıqları və qüsurları düzəltməyin mümkün olmadığını bilmək lazımdır:
İt itliyini
tərgitsə də, sümsünməyini tərgitməz; Qozbeli qəbir düzəldər;
· nəzərə çarpmayan hadisələrə laqeyd qalmaq olmaz, çünki onlar böyük əhəmiyyətə malik ola
bilərlər: Misqal baladır, qiyməti bahadır;
7) Təhlükəsizlik aksiomları:
· ciddi qərarları qəbul etməkdə tələsmək lazım deyildir: Cücəni payızda sayarlar; Arxı

tullanmamış “hop” demə;
· hər bir işdə ehtiyatlı olmaq lazımdır: Saymadığın deşikdən tülkü çıxar; Bütün yumurtaları bir

səbətə qoymazlar;
· ətraf mühitə uyğunlaşmaq lazımdır: Atı atın yanına bağlasan, həmrəng olmasa da, həmxasiyyət

olar;
8)
Tədbirlilik aksiomları:
· öz üzərinə həddindən çox qayğıları götürmək lazım deyildir:
Allah dərdi çəkənə verər; El üçün
ağlayanın gözləri kor olar;
· malik olduğun şeylərlə
qane olmaq lazımdır: Qaranquş gəldi-gedərdir, sən sərçənin qədrini bil.

No comments:

Post a Comment